Türkiyə Superliqasının növbəti turu çərçivəsində keçirilən “Qaziantep”- “Başakşəhir” qarşılaşmasında rekord qeydə alınıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, oyunun 10-cu saniyəsində hesabı açan ev sahibi komandanın futbolçusu Məhəmməd Dəmir (Muhammed Demir) çempionat tarixinin ən erkən qoluna imza atıb.

Onu da deyək ki, indiyədək turnirin ən erkən qolu 2008-2009-cu illər mövsümündə “Dənizlispor”lu Derril Bivon Roberts tərəfindən 12-ci saniyədə vurulmuş qol hesab olunurdu.

Maraqlıdır ki, keçən sezon Başakşəhir forması geyən Məhəmməd Dəmir komandası ilə yollarını ayırdıqdan sonra keçmiş klubu Qaziantep FK-na dönmüşdü.

Öncəki xəbərŞeyxdən Amiliyə: Şirdən yox, göyərçindən danışmalıyıq
Sonrakı xəbərƏrdoğan Putinlə müzakirə edəcəyi məsələləri açıqladı: Ciddi qərar qəbul edəcəyik
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın