Qazaxıstan paytaxtının adı dəyişdirilib və yenidən Astana adlandırılıb.

YALAN.info Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev uyğun konstitusiya dəyişikliyini təsdiqləyib.

Yada salaq ki, 1997-ci ilə qədər Qazaxıstanın paytaxtı Almatı şəhəri olub. Həmin il ölkənin mərkəzi şəhəri Akmolaya köçürülüb. 1998-ci ildə paytaxtın adı dəyişdirilib və Astana adlandırılıb. 

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin istefasından sonra 2019-cu ildə Kasım-Jomart Tokayevin təşəbbüsü ilə paytaxtın adı Nur-Sultana dəyişdirilmişdi. 

Onu da bildirək ki, Nursultan Nazarbayev 1991-2019-cu illərdə Qazaxıstana rəhbərlik edib. 

Öncəki xəbərSon döyüşlərdə Azərbaycan Ordusu 79 hərbçi şəhid verib, 282 hərbçi və 2 mülki vətəndaş yaralanıb
Sonrakı xəbərŞimali Kipr Prezidenti ABŞ-ın Cənubi Kiprə silah satışını bərpa etməsinə münasibət bildirdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın