“Müharibədən sonra ən kəskin cavablardan birini Fransaya verdik. Danışmağa sözləri qalmadı. Buradan da güc alırıq. Dövlətimiz elə bir durumdadır ki, artıq heç kimdən çəkinmirik”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri “Qarabağ” FK-nın yarımmüdafiəçisi Qara Qarayev UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa “Marsel”inə rəqib olmaları ilə bağlı danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi bildirib ki, sözügedən komanda ilə oyunlar asan olmayacaq: “Ancaq bizim dəyərlərimiz var, öz gücümüzün fərqindəyik. Millət olaraq heç bir ölkədən geri qalmırıq. Milli mənsubiyyətimiz gücümüzdür. Sadəcə, inanmaq lazımdır. Çətin olacaq, lakin vuruşmaq lazımdır. Vaxtilə “Sent Etyen”ə qarşı oynayanda da türkçülüyə qarşı müxtəlif hadisələr olmuşdu. Heç bir təxribatdan qorxmuruq”.

Qeyd edək ki, “Qarabağ” “Marsel”ə qarşı ilk oyununu 2022-ci il fevralın 18-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın