“Ağır oyuna hazırlaşırıq. Həm Qarabağ FK, həm də Çelsi üçün önəmli qarşılaşmadır. Hər şeyi başa düşürük. Rəqibin gücünü bilirik. Meydanda sona qədər və düzgün mübarizə aparmağa çalışacağıq. Çempionlar Liqasında Bakıdakı son oyunumuzdur”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Report-a qaynaqlanaraq bildirir ki, bunu Qarabağ Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin V turunda Londonun Çelsi komandasına qarşı Bakıda keçiriləcək oyundan danışarkən deyib.

45 yaşlı çalışdırıcı Bakı Olimpiya Stadionunda keçirilmiş mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

– Pedro Enrikenin yerinə kimə şans verəcəksiniz? Dani Kintananın durumu necədir?

– Əlimizdə olan başqa futbolçulardan yararlanmağa çalışacağıq. Pedro haqqında düşünmürük. Daninin durumu isə oyuna qədər bilinəcək, vəziyyəti normaldır.

Yada salaq ki, UEFA Çempionlar Liqasının (UEFA Champions League) qrup mərhələsinin IV turunda Qarabağ FK – Çelsi FK oyunu 22 noyabr  saat 21.00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın