Qondarma Dağlıq Qarabağ respublikasının separatçı quldur rejimin “rəhbəri” Araik Arutyunyan Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından qorxuya düşərək bölgədən qaçan mülki əhalini dayandırmaq üçün qadağalar tətbiq edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı o, öz “Facebook” hesabında yazıb.

Separatçıların “rəhbəri” bölgədə tətbiq edilən hərbi rejimi bəhanə edərək çağırış yaşına çatmış şəxslərin Qarabağ ərazisindən çıxmasını qadağan edib.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun öz torpaqlarını müdafiəsi qarşısında çıxılmaz durumda qalan Ermənistan ölkə qanunlarına qarşı çıxaraq, son 1 ildə tərxis olunmuş çağırışçıları da hərbi xidmətə yenidən cəlb edib.

Eyni zamanda, işğalçı dövlət döyüşlərə artıq qocaları da məcburi cəlb edir.

Xatırladaq ki, sosial şəbəkədə mövqelərindən qaçmamaları üçün zəncirlənmiş erməni hərbçiləri, Xankəndinin tam olaraq boşalması barədə çoxlu görüntülər yayılıb.

Öncəki xəbərBaş Prokurorluq Ermənistanın mülki əhaliyə vurduğu ziyanı açıqladı
Sonrakı xəbərPrezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın