Martın 26-sı səhər saatlarında Qarabağ iqtisadi rayonunda dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qanunsuz erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə çalışıblar.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Dərhal görülən tədbirlər nəticəsində qanunsuz erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur ediliblər. Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Baş vermiş insidentlə bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərSəudiyyə Ərəbistanı: Neft çatışmazlığına görə biz məsuliyyət daşımayacağıq
Sonrakı xəbərSevda Ələkbərzadə İçərişəhərdəki bayram konsertində səsləndirilən bayağı mahnıları tənqid etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın