“Ötən ilin əvvəlində Qarabağ iqtisadi rayonunda əhalinin sayı 900,3 min nəfər olub ki, bu da ölkənin ümumi əhalisinin 8,94 %-ni təşkil edir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı Report informasiya agentliyinə istinadən xəbər verir ki, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov deyib.

“Qarabağ iqtisadi rayonunun demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri” mövzusu üzrə aparılan araşdırmanın nəticələrini açıqlayan alim qeyd edib ki, 1979-cu ildən sonra ərazidə kənd əhalisinin payının yüksək olması təbii artımın çoxluğu səbəbindən əhali artımı ölkə üzrə olan göstəricidən çox yuxarı (167,1%) olub:

“Əhali sayının artımı ən çox Ağdam rayonunda (91,0 min nəfər), ən aşağı artım isə Xocavənd rayonunda qeydə alınıb. 2019-cu ildə Qarabağ iqtisadi rayonunda doğum əmsalı 12,9 ölkə üzrə orta hesabla 14,3 səviyyəsində, təbii artım əmsalı isə uyğun olaraq 8,0 və 8,7 qeydə alınıb. Kəndlərin yüksəklik qurşaqları üzrə yerləşməsi baxımından ərazidə Şuşa rayonunun Turabxan (2000 m) və Paşalar (1780) kəndləri ən yüksəkdə yerləşən kəndlər hesab edilir”.

Öncəki xəbərSOCAR: Ola bilər ki, yanacaq məntəqələri benzinə qatqı əlavə edir
Sonrakı xəbərAraşdırma: Azərbaycanda hazır biznes satışına maraq niyə aşağıdır?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın