Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turu sona çatdı.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, turun son qarşılaşmasında “Qarabağ” “Səbail” FK-nun qonağı olub. “ASCO Arena”dakı oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.

Qarşılaşmada hesab 32-ci dəqiqədə açılıb. Nikolas Raysel “dənizçilər”i önə keçirib. 10 dəqiqə sonra Mirsayib Abbasov fərqi 2 topa çatdırıb. 65-ci dəqiqədə qonaqların braziliyalı yarımmüdafiəçi Kadi Borges topu künc nöqtəsindən birbaşa qapıya göndərməklə baxımlı qola imza atıb. Oyunda son nöqtəni isə Turan Manafov qoyub. O, əsas vaxta artırılmış 1-ci dəqiqədə cərimə zərbəsindən gözəl qolla son hesabı müəyyənləşdirib.

Azərbaycan Premyer Liqası 2021/2022 VIII tur “Səbail” 3-1 “Qarabağ”

Bu, “Qarabağ” futbol klubunun cari mövsümdə ilk məğlubiyyəti olub. Həmçinin “köhlən atlar”ın 16 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub. Eyni zamanda, Ağdam təmsilçisi cari mövsümdə ilk dəfə hansısa oyunda 1-dən artıq top buraxıb.

Bu nəticədən sonra “Qarabağ” 17 xalla liderliyini qoruyub. Xallarını 9-a çatdıran “Səbail” isə 5-ci pilləyə yüksəlib.

Qeyd edək ki, ilk oyun günündə “Sabah” evdə “Sumqayıt”a 3:0, “Qəbələ” səfərdə “Keşlə”yə 3:2 hesabı ilə qalib gəlib. Ötən gün baş tutan oyunda isə “Neftçi” “Zirə”ni məğlub edib – 2:1.

Azərbaycan Premyer Liqası 2021/2022 VIII tur “Sabah” 3-0 “Sumqayıt”
Azərbaycan Premyer Liqası 2021/2022 VIII tur “Keşlə” 2-3 “Qəbələ”
Azərbaycan Premyer Liqası 2021/2022 VIII tur “Neftçi” 2-1 “Zirə”
Öncəki xəbərSərt karantin rejimi vaxtı ailə quran Sevda Yahyayevanın toyu oldu
Sonrakı xəbərPutin məşhur aktrisa və müğənni Natalia Oreyroya Rusiya vətəndaşlığı verdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın