“Qarabağ” Futbol Klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa “Marsel”i ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, yeni transferlər – qapıçı Luka Quqeşaşvili, yarımmüdafiəçi Leandro Andrade və hücumçu Rüstəm Əhmədzadə siyahıya salınıb.

Onların yerinə Kiprin AEK (Larnaka) komandasına icarəyə verilmiş Qaspar Panadero, uzun müddətdir zədəli olan Xayme Romero və Türkiyənin Antalya bölgəsindəki toplanış zamanı 10 ay müddətinə sıradan çıxmış Hüseyn Hüseynzadə heyətdən kənarda qalıb.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 89. Amin Ramazanov, 23. Luka Quqeşaşvili, 94. Ayhan Arazlı (B siyahısı)

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 24. Zamiq Əliyev (B siyahısı), 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83, Nihad Quliyev (B siyahısı), 15. Leandro Andrade

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 27. Toral Bayramov (B siyahısı)

Hücumçular: 22. Musa Qurbanlı (B siyahısı), 25. İbrahima Vadji, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə

Yada salaq ki, “Qarabağ” FK “Marsel” komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın