Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

YALAN.info IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 301 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” Futbol Klubu yer alıb.

143 xalı olan “köhlən atlar” ötən ayla qarşılaşdırdıqda 9 pillə irəliləyərək 69-cu sıradadır. Ölkə çempionunun UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Belçikanın “Gent” klubu 117 xalla 109-cudur. “Qarabağ” FK reytinq sıralamasında Juventus FC (139 xal, 76-cı yer), FC Salzburg (138,5 xal, 77-ci yer), ACF Fiorentina (131,25 xal, 87-ci yer), Celtic FC (127 xal, 92-ci yer) kimi komandaları geridə qoyub.

İlk “3-lük”də uyğun olaraq “Flamenqo” (Braziliya – 299 xal), “Palmeyras” (Braziliya – 284) və “Liverpul” (İngiltərə – 265) qərarlaşıb.

MƏNBƏThe International Federation of Football History and Statistics (IFFHS)
Öncəki xəbərAzərbaycan Ermənistanın hüquq pozuntuları ilə bağlı BMT-ni tədbir görməyə çağırıb
Sonrakı xəbərDövlət Komissiyası: Ermənilər Qaradağlıda 57 nəfəri qətlə yetirib, 39 nəfər itkin düşüb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın