Bu gün Azərbaycan Premyer Liqasına X tur oyunları başlayıb. Turun açılış qarşılaşmasında “Qarabağ” FK lider “Sumqayıt”ı qəbul edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ağdam komandası rəqibini 6:1 hesabı ilə darmadağın edib. Hər hissəyə üç qol vuran “Qarabağ”dan Donald Qerye (28, 45+1) və Abdellah Zubir (34, 89) dubl edib. “Qarabağ”dan digər iki qolu Toral Bayramov (54) və Mahir Emreli (75), “Sumqayıt”dan isə Tellur Mütəllimov (87) vurub.

Azərbaycan Premyer Liqası 2020/2021, X tur “Qarabağ” 6-1 “Sumqayıt”

Bununla da “Qarabağ” “Keşlə” (6:1) və “Neftçi” (6:0) ilə qarşılaşmalarda olduğu kimi, 6 qol vurub. Bu qələbə bir oyun az keçirmiş “Qarabağ”ı turnir cədvəlinin lideri edib.

Azərbaycan Premyer Liqası

Turnir Cədvəli

N – 1KlublarOQHMT-FX
1 Qarabağ FK953126-618
2 Zirə FK94329-815
3 Sumqayıt FK1043313-1515
4 Neftçi PFK94237-1214
5 Keşlə FK933310-1212
6 Səbail FK82339-109
7 Qəbələ FK91537-148
8 Sabah FK92078-126

Qeyd edək ki, turun açılış oyunu əslində “Sabah” – “Səbail” qarşılaşması olmalı idi. Ancaq bir sıra futbolçuların yenidən COVID-19 testindən keçəcəyi üçün həmin qarşılaşma bu gün baş tutmayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın