Bu gün Azərbaycan Premyer Liqasına X tur oyunları başlayıb. Turun açılış qarşılaşmasında “Qarabağ” FK lider “Sumqayıt”ı qəbul edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ağdam komandası rəqibini 6:1 hesabı ilə darmadağın edib. Hər hissəyə üç qol vuran “Qarabağ”dan Donald Qerye (28, 45+1) və Abdellah Zubir (34, 89) dubl edib. “Qarabağ”dan digər iki qolu Toral Bayramov (54) və Mahir Emreli (75), “Sumqayıt”dan isə Tellur Mütəllimov (87) vurub.

Azərbaycan Premyer Liqası 2020/2021, X tur “Qarabağ” 6-1 “Sumqayıt”

Bununla da “Qarabağ” “Keşlə” (6:1) və “Neftçi” (6:0) ilə qarşılaşmalarda olduğu kimi, 6 qol vurub. Bu qələbə bir oyun az keçirmiş “Qarabağ”ı turnir cədvəlinin lideri edib.

Azərbaycan Premyer Liqası

Turnir Cədvəli

N – 1KlublarOQHMT-FX
1 Qarabağ FK953126-618
2 Zirə FK94329-815
3 Sumqayıt FK1043313-1515
4 Neftçi PFK94237-1214
5 Keşlə FK933310-1212
6 Səbail FK82339-109
7 Qəbələ FK91537-148
8 Sabah FK92078-126

Qeyd edək ki, turun açılış oyunu əslində “Sabah” – “Səbail” qarşılaşması olmalı idi. Ancaq bir sıra futbolçuların yenidən COVID-19 testindən keçəcəyi üçün həmin qarşılaşma bu gün baş tutmayıb.

Öncəki xəbərDəmir Muxetdinov hiddətləndi: Dağlıq Qarabağda 67 məsciddən 63-ü dağıdılıb!
Sonrakı xəbərPrezident İlham Əliyev Rusiyanın müdafiə naziri Sergey Şoyqunu qəbul edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın