Kişilərin qadınlarla tez-tez danışıqlarda olması hələ onlarla bağlı hər şeyi bilməsi demək deyil. Buna görə də, “Qadınları başa düşmək olmur” deyə gileylənirlər. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı sizi qadınlarda olan və kişilərin bilmədiyi 9 özəlliklə tanış edir:

  1. Hər bir qadın gündə ortalama 20 min söz işlədir, kişilərdə isə bu göstərici 13 mini ötmür. Bu isə o deməkdir ki, kişilər onları anlasın deyə qadınlar 7 min söz daha artıq danışırlar.
  2. Qadınlar il boyunca ən azı 60 dəfə ağlayır, kişilərdə isə bu say 6, ən çoxu 17-yə çatır.
  3. Gözəlliklərinə düşkün olan qadınlar ömürləri boyunca 2-3 kiloqram dodaq boyası yeyir.
  4. Tarixin ilk kompyuter proqramçısının qadın olduğunu bilirdinizmi? Ada Lovalace qadınların riyaziyyatda ən azı kişilər qədər uğurlu olduğunu sübut edib.
  5. IQ testlərində ən yüksək nəticələri qadınlar əldə edir. Buna görə də qadınların ağlı ilə bağlı zarafatlar etməsəniz sizin üçün daha yaxşı olar.
  6. Qadınlar hər zaman nə iləsə məşğuldur, çünki orta hesabla həyatlarının 4 ilini güzgü qarşısında, 1 ilini isə nə geyinəcəkləri barədə düşünürlər.
  7. Qadınların 70%-i şokoladın verdiyi həzzi cinsi əlaqədən üstün tutur. Bu məsələylə bağlı da yaxşıca düşünmək lazımdır, bəylər.
  8. Düşündüyünüz kimi qadınlar hündürdaban ayaqqabıları daha uzunboylu görünmək üçün yox, daha cazibədar görünmək üçün geyinirlər. Bu tip ayaqqabılar qaməti düz saxlamağa yardım edir.
  9. Timsahın göz yaşları… Təəssüf ki, qadınların ən böyük silahı onların göz yaşlarıdır. Haqsız olsalar belə, ağladıqdan sonra özlərini haqlı çıxarmaqda çox uğurludurlar.

Bu bilgilərdən hansıları daha öncədən bildiyinizi, hansıları bilmədiyinizi deyə bilmərik. Ancaq bu yazını Oskar Uayldın sözləri ilə tamamlayırıq: “Qadınlar siz onları sevin deyə var, anlayın deyə yox.”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın