“Qəbələ” futbol komandası tarixi uğurunu azandı. YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, “qırmızı-qaralar” ilk dəfə Azərbaycan Premyer Liqasını gümüş medalla başa vurublar.

Bunadək komandanın ən yüksək göstəricisi ardıcıl 3 mövsüm əldə etdiyi bürünc medal olub. Bu dəfə bölgə təmsilçisi sona bir tur qalmış “İnter”i 4:3 hesabı ilə yenərək, vaxtından qabaq 2-ci yeri təmin edib. İndi 52 xalı olan “Qəbələ” Futbol Klubu 3-cü yerdəki “İnter”i 9 xal üstələyir.

Gümüş medala baxmayaraq, “qırmızı-qaralar” 2017-2018 mövsümündə də Azərbaycanı Avropa Liqasında təmsil edəcək. Roman Qriqorçukun baş məşqçisi olduğu komanda “İnter” ilə birlikdə mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Daha bir vəsiqənin sahibi isə sonuncu turda müəyyənləşəcək. Son vəsiqəyə ya “Zirə”, ya da “Kəpəz” sahib çıxacaq.

Onu da bildirək ki, Azərbaycanı Çempionlar Liqasında ardıcıl 4-cü mövsüm qızıl medala sahib çıxan “Qarabağ” təmsil edəcək.

Azərbaycan Premyer Liqası, XXVII tur 

24 aprel (bazar ertəsi)

14:30. “Qəbələ” – “İnter” 4:3

Qollar: Rikardinyo, 14. Sergey Zenyov, 26. Adrian Skarlatake, 33 (öz qapısına). Tellur Mütəllimov, 90 – Rauf Əliyev, 3; 77. Elnur Abdullayev, 73

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şahin Cəfərov

Qəbələ şəhər stadionu

İlk üç dövrə – 0:0, 1:1, 2:0


Topaz Premyer Liqası, XXVII tur, “Qəbələ” 4-3 “İnter” Geniş icmal

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın