Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya Ordusu haqqında yalan xəbərlərə, anti-Rusiya sanksiyalarına çağırışlara görə cinayət cəzası və ağır cərimələr haqqında qanun imzalayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, yeni qanuna uyğun olaraq, Cinayət və Cinayət Prosessual məcəllələrinə uyğun dəyişikliklər ediləcək.

Təşəbbüs cümə günü Dövlət Duması və Federasiya Şurası tərəfindən gözdən keçirilib və bəyənilib. Rusiya Federasiyasının Cinayət Məcəlləsinə 207.3-cü maddə ilə əlavə olunub: “Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsi haqqında qəsdən yalan məlumatın açıq şəkildə yayılması”. Bu, 3 ilə qədər həbs və ya 1,5 milyon rubla qədər cərimə nəzərdə tutur.

Əgər belə bir qanun pozuntusu siyasi, ideoloji, irqi, milli, ya da dini nifrət və ya düşmənçilik zəminində vəzifəsindən istifadə etməklə, eqoist məqsədlərlə törədilərsə, 10 ilədək müddətə azadlıqdan məhrum etmə və ya 5 milyon rubladək (təqribən 81 min manat) cərimə ilə cəzalandırılır.

Sənəddə qeyd edilir ki, yalan xəbər ağır nəticələrə səbəb olarsa, belə bir cinayətə görə azadlıqdan məhrum etmə müddəti 10 ildən 15 ilə qədər artırıla bilər.

MƏNBƏTASS
Öncəki xəbərRusiyada Facebook və Twitter sosial şəbəkələrinə giriş bloklanıb
Sonrakı xəbərZelenski NATO-ya: Bu gündən bütün həlak olanlar sizin ucbatınızdan öləcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın