“Sanksiyalar gələcəkdə Rusiya iqtisadiyyatına mənfi təsir göstərə bilər”.

YALAN.info bildirir ki, bununla bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin hökumət toplantısı zamanı deyib.

“İqtisadiyyatımızdakı müsbət tendensiyaların dəstəklənməsi və gücləndirilməsi, onların səmərəliliyinin artırılması, həmçinin texnoloji və maliyyə suverenliyinin təmin edilməsi zəruridir”, – deyə Putin vurğulayıb.

Eyni zamanda o qeyd edib ki, müasir reallıqlar fonunda gərəksiz bürokratiya və ləngimələrə yol vermədən cəld hərəkət etmək lazımdır.

“Tez hərəkət etməliyik, çünki ortamüddətli perspektivdə Rusiya iqtisadiyyatına tətbiq edilən qeyri-qanuni məhdudiyyətlər doğurdan da mənfi təsirini göstərə bilər”, – deyə Rusiya prezidenti əlavə edib.

Öncəki xəbərABŞ-ın müdafiə naziri: Gələcəkdə Ukraynaya “F-16” qırıcıları verilə bilər
Sonrakı xəbərTeymur Rəcəbov: Messi tarixin ən böyük futbolçusudur
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın