Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığında ikitərəfli əməkdaşlığın əsas nəticələrinə yekun vurdu və Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığı daha da inkişaf etdirməyə sadiq olduqlarını bir daha təsdiq etdilər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı bazar günü Kremlin mətbuat xidməti məlumat yayıb.

“Qarşıdan gələn Yeni il münasibəti ilə bir-birini təbrik edən Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli əməkdaşlığın əsas nəticələrini yekunlaşdıraraq, Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da intensivləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər”, – mesajda deyilir. Kreml əlavə edib ki, şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb.

Putin və Ərdoğan telefon danışığında Rusiyanın təhlükəsizliyinə zəmanət verən hüquqi cəhətdən rəsmiləşdirilmiş sazişlərin hazırlanması təklifləri, Zaqafqaziyadakı durum, Suriya və Liviyada nizamlanma məsələləri kimi mövzulara toxunublar. “Beynəlxalq mövzulara, o cümlədən Rusiya Federasiyasının təhlükəsizliyinə təminat verən hüquqi cəhətdən rəsmiləşdirilmiş sazişlərin işlənib hazırlanması üzrə məlum təkliflər, Zaqafqaziyadakı durum, Suriya və Liviya nizamlanması məsələlərə də toxunulub.

Türkiyə liderinin ofisindən verilən məlumata görə, prezidentlər arasında danışıqlar Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılacaq addımlara həsr olunub. “Onlar regional məsələləri və beynəlxalq hadisələri, özəlliklə də Qafqaz, Suriya və Liviyadakı hadisələri müzakirə ediblər. İki ölkə liderləri Türkiyə-Rusiya əməkdaşlığının bütün sahələrdə intensivləşdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər”, – ofisin bəyanatında deyilir.

MƏNBƏRusiya Federasiyasının Prezidenti
Öncəki xəbərSəudiyyə Ərəbistanının Tabuk regionu qar örtüyünə bürünüb
Sonrakı xəbərTanınmış radio aparıcısı: Rəhbər dinləyicinin istəklərini nəzərə almır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın