Rusiya Federasiyasının prezidenti Vladimir Putin, ölkədə koronavirusun (COVID-19) daha geniş yayılmasının qarşısını almaq üçün oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günlərinin tətbiq olunması təklifini dəstəkləyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Rusiya dövlətinin başçısının fərmanına uyğun olaraq, lazım gələrsə, sərt məhdudiyyətlər noyabrın 7-dən sonra da uzadıla bilər.

V.Putin həmçinin əlavə edib ki, yoluxma faizi yüksək olan regionlar əmək haqqlarının ödənilməsi şərti ilə artıq 23 oktyabrdan etibarən qeyri-iş günləri rejiminə keçə bilər.

Xatırladaq ki, bir müddət öncə Rusiya Baş nazirin müavini Tatyana Qolikova, koronavirusla bağlı durumun pisləşməsi fonunda qeyri-iş günü rejiminin tətbiq edilməsi təklifi ilə Prezidentə müraciət etmişdi.

Rusiyada bugünədək toplamda 8 milyondan çox insan koronavirus (COVID-19) virusuna tutulub. Virusa tutlanlardan 7 milyon nəfəri artıq sağalıb və 226 mindən çox insan həyatını itirib. Sadəcə bu gün 34 min yeni yoluxma halı qeydə alınıb, 1000-dən çox insan koronavirusdan həyatını itirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın