Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında sülhün qurulmasını, Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının mümkün olacağına ümid etdiyini bildirib.

“Bilirsiniz, Rusiya Cənubi Qafqazdakı münaqişəni sona çatdırmaq üçün özündən asılı olan hər şeyi edir və bir-birinə qarşı duran, eyni zamanda öz məqsədlərinə çatmaq üçün bir-birinə silahlardan nişan alan insanların həyatını qorumağa çalışır. Bizim dərin inamımıza görə, danışıqlar prosesi nəticəsində münaqişənin dinc həll yolu tapıla bilərdi”, deyə Vladimir Putin Rusiyada Milli Birlik Günündə dini birliklərin nümayəndələri ilə görüşündə deyib.

O, vurğulayıb ki, Rusiya həm Ermənistan, həm də Azərbaycanla təmasdadır: “Ümid edirəm ki, biz regionda yaşayan bütün insanları qane edəcək nəticəyə nail olacağıq”.

Öncəki xəbərİlham Əliyev: Azərbaycan Ordusu daha yeddi kəndi işğaldan azad etdi
Sonrakı xəbərQondarma Dağlıq Qarabağ respublikasının hökuməti İrəvana köçürüldü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın