“Koronavirusla (COVID-19) bağlı dünyadakı durumu və yeni “Omikron” ştamının sürətlə yayılmasını izləyirəm. Bu gün, sözsüz ki, çətin durumdayıq”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı Rusiya KİV-ə istinadən bildirir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.

“Rusiya yeni koronavirus alovlanmalarının ortaya çıxması ərəfəsindədir. Yeni il tətilləri ölkədəki epidemioloji duruma təsir etməyə bilməzdi”, – o vurğulayıb.

Rusiya hökumət sədrinin müavini Tatyana Qolikova da ölkədə “Omikron” ştamına yoluxmanın ilin sonundan başladığını və bunun koronavirusun yayılmasını sürətləndirdiyini bildirib: “Hədəfimiz virusun yayılmasının qarşısının alınması yönündə gərəkli işləri görməkdir”.

Qeyd edək ki, Rusiya Prezidenti V.Putin bu gün hökumət üzvləri ilə birlikdə videokonfrans formatında toplantı keçirib.

Öncəki xəbərTokayev: Sabah KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılmasına başlanılır
Sonrakı xəbərCAR-da baş verən yol qəzasında 11 nəfər avtobusda yanaraq öldü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın