Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciət edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dövlət başçısı sülh üçün çalışdığını və bütün məsələləri danışıqlar yolu ilə həll etmək istədiyini bəyan edib.

Dövlət başçısı əmin edib ki, durum nəzarət altındadır və hakimiyyət vəziyyətin istənilən inkişafına hazırdır.

“Bu, ilk dəfə deyil ki, Ukrayna genişmiqyaslı müharibə ilə hədələnir. Ancaq ölkəmiz həmişəkindən daha güclüdür. İndi Ukrayna ilə bütün cəbhələrdə müharibə aparırlar: hərbi, diplomatik, enerji və informasiya. Hökumət bütün çağırışları aydın başa düşür və onlarla nə edəcəyini bilir. Həmçinin Ukraynaya qarşı istənilən təcavüzkar hərəkətə layiqli cavab hazırlayır”, – deyə Zelenski bildirib.

Prezident yerli medianı ölkədən qaçan sahibləri üçün deyil, Ukrayna üçün işləməyə çağırıb. O, dövlət qulluqçularına üzünü tutaraq, xalqın onlara etibar göstərərək dövlət idarəçiliyini həvalə etdiyini yada salıb və ölkədən gedənlərin geri qayıtması üçün 24 saat vaxt verdiyini deyib.

Həmçinin, Zelenski fevralın 16-da Ukraynada “Milli Birlik Günü”nün qeyd edilməsi haqqında fərman imzaladığını açıqlayıb.

Наша держава сьогодні сильна, як ніколи – Володимир Зеленський || РБК-Україна

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın