Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə başlayandan indiyədək ordunun itkilərini açıqlayıb.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna lideri CNN-ə müsahibəsində deyib.

“Bizdə olan rəqəmlərə görə düşünürük ki, 2 500-dən 3 000-ə qədər hərbçimizi itirdik. 10 min yaralımız var, onlardan neçəsinin sağ qalacağını demək çətindir”, – Zelenski vurğulayıb.

Eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə başlayandan bu yana Rusiya Ordusunun 20 000-ə yaxın hərbçisinin zərərsizləşdirildiyini bildirib.

Bundan başqa, hücum edən tərəfin 756 ədəd tankı, 1 976 ədəd zirehli döyüş maşını, 366 ədəd artilleriya sistemi, 122 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 66 hava hücumundan müdafiə sistemi, 163 ədəd hərbi təyyarəsi, 144 ədəd helikopteri, 1 443 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 135 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

Öncəki xəbərMahir Emreli “Dinamo” Zaqrebdə ardıcıl 2-ci qolunu vurub
Sonrakı xəbərPolis rəisi: İndiyədək Kiyev vilayətində 900-dən çox dinc sakinin meyiti tapılıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın