Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət paytaxtı Şuşada keçiriləcək “Xarı Bülbül” musiqi festivalında iştirak edəcəklər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında paylaşdığı videgörüntülərdə Prezident İlham Əliyev deyib.

İ.Əliyev qeyd edib ki, Şuşada “Xarı Bülbül” musiqi festivalı keçiriləcək:

“Biz Şuşaya gedirik. Dediyim kimi, bu il may ayında uzun zamandan sonra Şuşada “Xarı Bülbül” musiqi festivalı keçiriləcək. Yolüstü Azərbaycanın dilbər güşələrindən olan Xocavənd rayonuna gəldik. Burada armudu stəkanda çay içirik.

Necə ki, Cıdırdüzündə çay içmişik. Bu, qədim Azərbaycan torpağında Azərbaycan xalqı əbədi yaşayacaqdır. Eşq olsun Azərbaycaq xalqına! Yaşasın Azərbaycan!”.

Öncəki xəbərBMT Təhlükəsizlik Şurası İsrail və Fələstinə görə təcili toplanır
Sonrakı xəbərErmənilər Kəlbəcərə gedən bütün yolları minalayıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın