Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 7-də Ümumrusiya Dövlət Teleradio Şirkətinin teleradio aparıcısı Vladimir Solovyovla görüşü olub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı AZƏRTAC-a qaynaqlanaraq xəbər verir ki, Vladimir Solovyov Bakıya ilk dəfə gəldiyini bildirərək paytaxtımızda sürətli inkişaf proseslərinin onda böyük duyğular doğurduğunu və Bakının çox gözəl şəhər olduğunu vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanda gedən inkişaf proseslərindən danışarkən dedi ki, ölkəmizlə bağlı reallıqların dünyaya çatdırılması yönündə fəal işlər görülür. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın tarixi və bugünkü reallıqlarından danışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırdı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ilə Rusiya arasında bütün başqa sahələrdə olduğu kimi, humanitar əlaqələr, o cümlədən media sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.

Vladimir Solovyov geniş və dolğun informasiyaya görə dövlətimizin başçısına çox sağolunu bildirdi, Azərbaycanda gedən proseslərlə yaxından tanış olmağın onun üçün böyük maraq doğurduğunu qeyd etdi.


Prezident İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Şirkətinin teleradio aparıcısı ilə görüşüb

Öncəki xəbərTanınmış Sevil-Sevinc Bacılarının Etdiyi Olayla Bağlı Son Açıqlamalar
Sonrakı xəbərVyanada Azərbaycanlı rəssam Aida Mahmudovanın sərgisi keçirilib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın