Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfərə gəlib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Rusiya və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı “Vnukovo-2” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və başqa rəsmi şəxslər qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi, Azərbaycanın və Rusiyanın Dövlət himnləri səsləndirildi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın