Pravoslav din xadimləri həbsxanada vəfat edən və hələ də dəfn edilməyən rusiyalı müxalif siyasətçi Aleksey Navalnı ilə əlaqədar Kremlə müraciət ünvanlayıblar.

YALAN.info bildirir ki, “Mediazona” “Telegram” kanalının məlumatına görə, müraciətdə fevralın 16-da həyatını itirən siyasətçinin cəsədinin dəfn üçün ailəsinə təhvil verilməsi istənilir.

Din xadimləri qeyd ediblər ki, siyasi mövqeyindən asılı olmayaraq, A.Navalnı pravoslav xristian olub və onun xatirəsinə ehtiram göstərilməlidir.

Yada salaq ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da Rusiyanın Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında qan laxtalanmasından (tromb) ölüb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirdiyinə görə, Navalnının ölümü ilə bağlı təhqiqat Rusiya Federasiyasının qanunlarına uyğun aparılır. “İstintaq davam edir. Rusiya qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün zəruri tədbirlər həyata keçirilir. Nəticələr hələ açıqlanmayıb”, – deyə Kremlin rəsmi nümayəndəsi jurnalistin uyğun sualını cavablandırarkən bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın