“ABŞ administrasiyası Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “RIA Novosti”nin məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında aktiv hərbi əməliyyatların başa çatmasını alqışlayır”, – deyə M.Pompeo bildirib.

Bundan başqa, ABŞ-ın Xarici siyasət qurumunun rəhbəri Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin qalıcı bir siyasi həll yolunun tapılması üçün ATƏT-in Minsk qrupu ilə danışıqları ən qısa zamanda bərpa etməyə çağırıb.

“Döyüşlərin sona çatması Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə, sülh yolu ilə həllinə nail olmaq üçün yalnız ilk addımdır”, – deyə M.Pompeo qeyd edib.

Öncəki xəbərPutin: Azərbaycan Şuşanı nəzarətə götürdü, durum ermənilər üçün kritik idi
Sonrakı xəbərAzərbaycan XİN-dən Putinin Dağlıq Qarabağla bağlı müsahibəsinə açıqlama
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın