Kiyev Gürcüstanda həbsdə olan Mixail Saakaşvilinin təhlükəsizliyini və gərək olan müalicəsini təmin etməyə hazırdır.

YALAN.info bildirir ki, bunu Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak öz Twitter hesabında yazıb.

“Ukrayna Saakaşvilini qəbul etməyə, onun təhlükəsizliyini və düzgün müalicəsini təmin etməyə hazırdır”, – Podolyak “Twitter”də yazıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı gecə videomüraciətində Gürcüstan hakimiyyətini səhhətinə görə Saakaşvilini azad etməyə və onu Ukrayna, Avropa və ya ABŞ-a müalicə üçün göndərməyə çağırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın