Kiyev Gürcüstanda həbsdə olan Mixail Saakaşvilinin təhlükəsizliyini və gərək olan müalicəsini təmin etməyə hazırdır.

YALAN.info bildirir ki, bunu Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak öz Twitter hesabında yazıb.

“Ukrayna Saakaşvilini qəbul etməyə, onun təhlükəsizliyini və düzgün müalicəsini təmin etməyə hazırdır”, – Podolyak “Twitter”də yazıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı gecə videomüraciətində Gürcüstan hakimiyyətini səhhətinə görə Saakaşvilini azad etməyə və onu Ukrayna, Avropa və ya ABŞ-a müalicə üçün göndərməyə çağırıb.

KİMMixaylo Podolyak
MƏNBƏTwitter
Öncəki xəbərİranda tanınmış aktrisa Təranə Əlidusti həbs edildi
Sonrakı xəbərAzərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın