Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri 1500-ə yaxın qlobal şirkətin yalnız 9 %-i Rusiya bazarından çıxıb.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixailo Podolyak “Telegram”da yazıb.

Onun sözlərinə görə, Rusiyada işləmək üçün qalan Qərb şirkətləri arasında ən böyük paya Almaniya (19,5 %), Amerika (12,4 %) və Yaponiya (7 %) şirkətləri sahibdir.

Podolyak “METRO”, “Leroy Merlin”, “Auchan”, “Nestle”, “Unilever”, “Procter & Gamble”, “Siemens”, “Pfizer”, “Philip Morris”, “Bayer”, “Acer”, “Alibaba”, “CloudFlare”, “Societe Generale”, “Credit Suisse”, “Lenovo”, “Asus”, “Cersanit” kimi brendləri sayıb. O, bunu ikiüzlülük və terrorçulara sponsorluq etmək kimi dəyərləndirib.

MƏNBƏTelegram
Öncəki xəbərTürkiyədə zəlzələ qurbanlarının sayı artır: 21 mindən çox ölü və 80 min yaralı
Sonrakı xəbərAzərbaycan Ermənistanın hüquq pozuntuları ilə bağlı BMT-ni tədbir görməyə çağırıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın