26 yaşlı Victoria’s Secret mələyi və PlayBoy jurnalının modeli Xenia Deli özündən 36 yaş böyük olan ərəb milyarderlə ailə həyatı qurub. Dünyaca məşhur kanadalı müğənni Castin Biberin (Justin Bieber) keçmiş sevgilisi 62 yaşlı milyonçu misirli Fəthi Ossama Rəbah əl Şərif ilə Yunanıstanın Santorini adasında toy edib.

Frivolette maqazin jurnalının verdiyi məlumata görə, toy 1 milyon avroya başa gəlib. 150 qonağın çağırıldığı toyda Delinin əynində 800 min avroluq gəlinliyi olub. Paltar dünyaca məşhur modelyer Züheyr Muradın əsəridir. Toy mərasimi media üçün bağlı olub.

Enrique Iglesias kimi tanınmış müğənnilərlə işləmiş gənc qız “Rusiyanın qızıl səsi” sayılan Nikolay Baskovun “Zaya, mən səni sevirəm” klipində də çəkilmişdi.
Николай Басков – Зая, я люблю тебя
Castin Biberdən sonra Egor Kreedlə görüşməyə başlayan Xenia bunu gizli saxlamağa çalışsa da, yeni milyarder sevgilisindən aldığı hədiyyələri heç də gizlətmirdi. Amiran adlı ev alqı-satqısı və logistik şirkətin sahibi olan misirli iş adamı modeli brilliantlar və qırmızı Maserati ilə sevindirib.

Belə görünür ki, artıq Xenia Deli öz keçmişi ilə sağollaşmalı olacaq. O, çılpaq çəkilişlər və model biznesi ilə vidalaşaraq dəbdəbəli həyata başlayır.

Xatırladaq ki, Moldoviyalı model Castin Biberin “What Do You Mean?” mahnısının klipində açıq-saçıq obrazda çəkilib. Ötən il isə ifaçı ilə Deli bir müddət görüşüblər.
Justin Bieber – What Do You Mean?
Calvin Harris – Thinking About You ft. Ayah Marar