“Hilton” otellər şəbəkəsinin varisi, müğənni, model Peris Hiltonun iş adamı Karter Reumla toyu baş tutub.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, cütlük iki il davam edən münasibətin ardından nikah masasına əyləşib.
Mərasim ifaçının mərhum babası, biznes maqnatı Berron Hiltonun Bel-Eyr şəhərindəki dəbdəbəli malikanəsində baş tutub. Peris hansı gəlinlik geyinəcəyinə toya yalnız bir gün qalmış qərar verdiyi bildirilib. Onun seçimi “Oscar de la Renta”dan olub.
Toya qatılan qonaqlar arasında Emma Roberts, Eşli Benson, Bibi Reksa, model Cordan Barrett, Paula Abdul və başqaları kimi çox sayda ulduz yer alıb.
Qeyd edək ki, cütlük bu ilin fevralında nişanlanmışdı.