Ukrayna hava donanmasını artırmaq üçün başqa ölkələrdən təyyarələri üçün platforma və ehtiyat hissələri alıb.

YALAN.info bildirir ki, “Amerikanın Səsi”nin məlumatına görə, bununla bağlı Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) sözçüsü Con Kirbi (John Kirby) açıqlama verib.

Mətbuat katibi bildirib ki, dəstək sayəsində Ukraynanın bir sıra təyyarələri yenidən işlək durumda olacaq: “İndi bu ölkənin iki həftə əvvəllə müqayisədə daha çox fiksasiya olunmuş qanadlı qırıcı təyyarəsi var. Bu da təsadüfi deyil. Belə təyyarələrlə iş təcrübəsi olan başqa ölkələr hərəkətsiz təyyarələri qaldırıb-endirməkdə Ukraynaya kömək edə biliblər”.

Ancaq Pentaqonun spikeri söhbətin hansı ölkələr və təyyarələrdən getdiyini dəqiqləşdirməyib. O, oxşar sxemlə başqa ölkələrin Kiyevə tank yardımı etdiklərini də diqqətə çatdırıb.

Öncəki xəbərPutin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasında anlaşdılar
Sonrakı xəbərAzərbaycanda dərs zamanı məktəbin divarı uçdu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın