“PayPal”ın rəsmi olaraq Azərbaycanda tam şəkildə işə başlaması üzərində işlər görülür.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, bunu “AzExport.az” portalının rəhbəri Ayxan Qadaşov deyib.

O bildirib ki, “PayPal” indi kiçik ölçüdə aparılan elektron ticarətin əsasını təşkil edir:

“Əksər hallarda ödəniş vasitəsi kimi “PayPal”dan istifadə edilir. Azərbaycanda “PayPal”ın istifadəsi qismən təmin olunub. İndi “PayPal”ın Azərbaycanda tam olaraq funksional işə başlaması üçün uyğun qanunvericilik və qaydalar təsdiq edilməlidir”.

“AzExport.az”un rəhbəri qeyd edib ki, “PayPal”ın Azərbaycanda tam işləməsi üçün indi Mərkəzi Bankla birgə işlər görülür. O əlavə edib ki, pandemiya səbəbindən səfərlərin təşkil edilə bilməməsi bunun yubanmasına səbəb olur. 

Öncəki xəbərÖlkədə terror-təxribat törədən ermənilərin cinayət işinin ibtidai istintaqı sona çatıb
Sonrakı xəbərMerkel və Makron Danimarka və ABŞ-ı casusluq qalmaqalına aydınlıq gətirməyə çağırıblar
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın