“Mən tribunaya yaxınlaşmazdım. Ancaq siz bu sualla israr edirsiniz ki, biz “Arsax”ın (ermənilər Azərbaycanın Qarabağ bölgəsini belə adlandırmağa çalışırlar – Red.) 75 %-ni düşmənə vermişik”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan müxalif partiya üzvlərinə səslənərkən deyib. 

Baş nazir “Ermənistan” və “Mənim şərəfim var” partiyasının üzvlərindən Qubadlı rayonunun rəsmi adının Qubadlı, yoxsa Sansar (ermənilərin Qubadlı rayonuna verdiyi ad – Red.) olduğunu deməklərini tələb edib: “Bu başqa rayon adlarına da aiddir. Öz cavabımı bəri başdan deyim”.

“Əgər bu rayonun adı Sansardırsa, onda niyə sizin rəhbərləriniz 20 il ərzində həmin əraziləri Azərbaycana qaytarmaq üçün danışıqlar aparıb? Bu proses gizli olmayıb. Onların da qəbul etdiyi Madrid prinsiplərinin birinci bəndində yazılıb ki, 7 rayon Azərbaycana qaytarılsın” – deyə, o bildirib.

Paşinyan müxalifətə əsəbləşdi: “Sanasar yox, Qubadlı” – BAKU TV

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın