Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilindəki fəaliyyətini de-yure də dayandıra bilər.

YALAN.info bildirir ki, bunu Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

O, İrəvanın qurum daxilindəki fəaliyyətinin faktiki olaraq dondurulduğunu diqqətə çatdırıb: “Əgər məsələlər həllini tapmasa, de-yure olaraq da bunu edəcəyik”. Hökumət başçısının sözlərinə görə, KTMT ilə münasibətlərin dondurulması həm də Ermənistanın qurum daxilindəki nümayəndəsinin olmaması deməkdir.

Yada salaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha öncə rəsmi İrəvanın KTMT-də iştirakını dondurduğunu söyləmişdi. Rəsmi Moskva isə bununla bağlı Ermənistandan açıqlama tələb etmişdi. Kremlin sözçüsü Dmitri Peskov isə təşkilatın nizamnaməsində “dondurulmuş üzvlük” statusunun olmadığını bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın