“Şübhəsiz ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi Cənubi Qafqazda ciddi dəyişikliklərə səbəb olub”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “Report” informasiya agentliyinə müsahibəsində ekspert, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm deyib.

“Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi Cənubi Qafqazın sosial-iqtisadi və siyasi dinamikasını dəyişdi. Dünya Azərbaycanın möhtəşəm uğurunun şahidi oldu, belə ki, ölkə, Azərbaycan Prezidenti İlham Əliyevin dinamik rəhbərliyi altında ən dayanıqlı millətə çevrildi”, – o deyib.

Ekspert Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyini və həmin vaxtdan etibarən fəal şəkildə infrastrukturun bərpası ilə məşğul olduğunu söyləyib.

Xalid Teymur Əkrəm həmçinin vurulayıb ki, Azərbaycan qonşu ölkələrlə dostluq münasibətlərini gücləndirməklə daim regional sülh və sabitliyə can atır: “Pakistan Azərbaycanın yaxın müttəfiqidir və daim bu ölkəni bütün sahələrdə dəstəkləməkdə davam edəcək”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın