Pakistanın Baş naziri İmran Xan “Facebook” şirkətinin rəhbəri Mark Zukerberqə sosial şəbəkədə anti-islam məzmunlu paylaşımların qadağan olunması istəyi ilə müraciət edib. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, İmran Xan müraciətini “Twitter” hesabında yazıb. 

“Sosial media platformalarında şiddət və böhtanların çoxaldığını nəzərə alaraq, Facebook-da əvvəllər holokosta qarşı olan qadağanın İslamofobiya və İslama nifrət məsələsinə də tətbiq olunmasını xahiş edirəm”, – İ.Xan bildirib.

Onun sözlərinə görə, dünyanın müxtəlif hissələrində müsəlmanlara qarşı təzyiqlər artıb. O, əsasən də Fransada Məhəmməd Peyğəmbərin karikaturasının yayılmasını, eləcə də Hindistandakı anti-müsəlman qanunlarını yada salıb. 

Pakistan baş naziri qeyd edib ki, İslam Fransada terrorçuluqla əlaqələndirilməyə başlayıb. 

“Bu da Fransadakı müsəlmanların daha da qütbləşməsinə və uzaqlaşdırılmasına gətirib çıxaracaq”, – deyə o əlavə edib.

Öncəki xəbərİlham Əliyev: Qubadlı şəhəri işğalçılardan azad olundu
Sonrakı xəbərAzərbaycanda BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın