Pakistan İslam Respublikasının Pəncab əyalətində güclü qar yağması nəticəsində iyirmidən çox insan həlak olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı BBC News teleradio şirkətinə istinadla xəbər verir ki, əyalətin Murri şəhəri yaxınlığında təxminən minədək avtomobil qar altında qalıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hələlik avtomobillərdə qalan 21 nəfərin öldüyü təsdiqlənib. Həlak olanların sayının artacağı istisna edilmir. Rayon təbii fəlakət zonası elan olunub.

Son günlər qeyri-adi təbiət hadisəsini müşahidə etmək üçün Murri şəhəri rayonuna 100 mindən çox avtomobillə turistlərin gəldiyi bildirilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın