Pakistan İslam Respublikası Əfqanıstanın Host əyalətinin hava limanında zəlzələdən zərərçəkənlərə yardım göstərmək üçün tibbi düşərgə açıb.

YALAN.info bildirir ki, bununla bağlı məlumatı Pakistanın Kabildəki səfirliyi yayıb.

“Düşərgə Xayber-Paxtunxva hakimiyyəti tərəfindən qurulub”, – deyə məlumatda qeyd olunub.

Xayber-Paxtunxva Pakistanın üçüncü ən böyük bölgəsidir və Xost əyalətinin yanında yerləşir.

Pakistan hadisə yerinə 19 həkimlə 3 təcili yardım maşını göndərib. Onlar yaralılara yardım edəcək və ağır xəstələri Pakistandakı xəstəxanalara göndərəcəklər.

Bildirək ki, ötən gün Əfqanıstanın Paktika və Host əyalətlərində baş verən zəlzələ nəticəsində 1 500 nəfər həlak olub. Təbii fəlakətdən 2 000-dən çox insanın zərər çəkdiyi bildirilir.

Öncəki xəbərİlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib
Sonrakı xəbərTürkiyənin Muğla əyalətindəki meşə yanğınları tam nəzarət altına alınıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın