Əfqanıstanın Pəncşir əyalətində ölkədə hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatının silahlıları ilə Milli Müqavimət Cəbhəsinin döyüşçüləri arasında silahlı toqquşmalar başlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı cümə günü yerli “Aamaj News” agentliyi bölgədəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunduğu kimi, Həmid Xorasaninin komandanlığı altında radikal qruplar Ünəba bölgəsində yerli qüvvələrə hücum edib. Tərəflərin itkiləri ilə bağlı hələlik məlumat verilmir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın