Almaniya Ukraynaya yeni hərbi yardım paketi verəcək.

YALAN.info bildirir ki, bununla bağlı Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, hərbi dəstək təxminən 1,1 milyard avro təşkil edəcək. “Bu gün biz Ukraynaya təxminən 1,1 milyard avro məbləğində yeni hərbi yardım paketini işə salırıq”, – deyə Şolts vurğulayıb. Onun sözlərinə görə, Berlin Kiyevə sənaye ehtiyatlarından 36 dənə təkərli haubitsa verəcək. Bundan başqa, Ukrayna Silahlı Qüvvələri iki yeni hava hücumundan müdafiə sistemi və 120 min artilleriya mərmisi alacaq.

Olaf Şolts ​vurğulayıb ki, Almaniya indi Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün təxminən 28 milyard avro ayırıb. Onun sözlərinə görə, Berlin Ukraynaya hərbi yardımın həcminə görə siyahıda ikinci yerdədir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın