“Təəssüflər olsun ki, bugün Azərbaycanda sərt qapanma – mərhələli, ya da birbaşa – yeganə çıxış yoludur ki, insanlar ölməkdən qorunsunlar”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, sərt qapanmaya getməmək üçün də elmi əsaslı plan və strategiya var idi, ancaq buna əməl olunmadı:

“Delta” variantı ilə bağlı Azərbaycan üçün xəbərdarlığımda peyvəndlər haqqında özəl olaraq “effektiv” ifadəsini istifadə etmişəm və bu cür effektiv peyvənd Azərbaycan üçün Çindən olan peyvənd deyil. Ümumiyyətlə isə peyvənd seçimində Azərbaycanda insanlar iki önəmli məsələ arasında qərar verməlidirlər:

Təhlükəsiz, az effektli peyvənd, yoxsa müəyyən qədər yan təsirləri ola biləcək yüksək effektli peyvənd.

Ölkəmizdə elmi statistika yox səviyyəsindədir. Bu da insanlar arasında sistemə və xəstəliyə qarşı inamı sıfıra endirir. İngiltərədə peyvəndlər bugün 7,2 milyon əhalinin virusa yoluxmasının və 27 min ölüm halının qarşısını alıb.

Bu Azərbaycanda necədir?”.

Mütəxəssis qeyd edib ki, payızda gözlənilən və lazımi tədbirlər görülmədiyinə görə, artıq Azərbaycanda indidən başlayan dalğa bugünə qədər pandemiya dönəmində görünənlərdən daha pis olacaq:

“Uşaqlarınızı qorumalısınız. Təəssüf ki, məktəblər onlayn olmalıdır. Səhiyyənin uşaqları qoruyacaq qədər gücü yoxdur”.

Öncəki xəbərABŞ-ın Marşal İrsi İnstitutu Azərbaycana 10 minaaxtaran it göndərib
Sonrakı xəbərTaliban ABŞ-a ultimatum verdi: Avqustun 31-dək Əfqanıstandan çıxın
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın