Nobel mükafatı laureatı, Polşanın keçmiş prezidenti Lex Valensa bildirib ki, indi dünyanı cənginə alan koronavirus (COVID-19) pandemiyası bir xəbərdarlıqdır ki, insanlıq növbəti epidemiyadan sağ çıxmaya bilər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, L.Valensa bununla bağlı “RIA Novosti” agentliyinə açıqlamasında söyləyib.

“Həyat bizi hazırlıqsız yaxaladı. Biz hazır deyilik, improvizasiya edirik, işimizi dayandırırıq. Bunu bir müddət etmək olar, ancaq mən masaya oturub sonrakı xəstəliklərin daha da şiddətli olacağını xatırlamağı təklif edirəm.

Buna görə bizi gözləyən çətinliklərə sürətlə hazırlaşmalıyıq. COVID-19-u isə məşq kimi dəyərləndirmək gərəkdir”, – deyə Nobel mükafatı laureatı vurğulayıb.

Qeyd edək ki, ümumilikdə, dünyada 56 583 054 nəfərdə koronavirus aşkar edilib. Virusdan 1 355 147 xəstə ölüb, 39 370 986 nəfər sağalıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın