Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər-Laçın istiqamətində yeni tikilərək şəxsi heyətin istifadəsinə verilən modul tipli infrasturuktura baxış keçirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması üçün bütün lazımi şərait yaradılıb. Burada istilik avadanlığı ilə təchiz edilmiş yataqxana, silah otağı, yeməkxana, mətbəx, ərzaq anbarı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

General-leytenant Nizam Osmanov döyüş növbətçiliyinin və qoşunların döyüş bacarığının daha da artırılması ilə bağlı Müdafiə nazirinin uyğun göstərişlərini komandir heyətinin diqqətinə çatdırıb.

Onu da bildirək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Azad edilən ərazilərdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərXalq rəssamı Xanlar Əhmədov: 8 il hər yayı Şuşada keçirmişəm
Sonrakı xəbərEntoni Blinken Lavrovla görüşdükdən sonra mətbuat konfransı keçirdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın