Ermənistan 2021-ci ilin ilk günündən başlayaraq bir sıra Türkiyə mallarının ölkəyə gətirilməsinə qadağa qoyub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, qadağanın müddəti 6 aydır.

Qeyd edək ki, bu qərar ölkənin Nazirlər Kabineti tərəfindən oktyabr ayında qəbul edilmişdi. O zaman Ermənistan hökuməti bəyan etmişdi ki, embarqo guya Ankaranın Dağlıq Qarabağ münaqişəsində Bakıya göstərdiyi dəstəklə bağlıdır.

Ermənistan Baş naziri Nikol Paşinyanın ermənilərə müraciətində “Türkiyəyə 6 ay müddətinə ciddi sanksiyalar tətbiq etdik. Əgər Azərbaycana dəstək verməyi dayandırarlarsa, qərarımızı yenidən gözdən keçirə bilərik” sözləri onu növbəti dəfə gülünc duruma salıb. Belə ki, sosial şəbəkə istifadəçiləri ironik şəkildə Ermənistanın sözügedən qərarının Türkiyə iqtisadiyyatına ağır zərbə olduğunu yazıblar.

Paşinyanın “Bu qərarımızla Türkiyə bazarı sarsılmış durumdadır” sözlərinə isə sosial media istifadəçiləri siyasətdən heç bir anlayışı olmayan rəhbərin bu dəfə Prezident İlham Əliyevə ehtiyac olmadan özü-özünü nokaut etdiyini bildiriblər.

Öncəki xəbərTeymur Rəcəbov beynəlxalq turnirin finalında Levon Aronyanla qarşılaşacaq
Sonrakı xəbərTürkiyə mətbuatı Özilin Azərbaycanda mükafata layiq görülməsindən yazdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın