“Köhnə dünya düzəni dağılır və onun dağıntıları altında qalmamaq önəmlidir”.

YALAN.info “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının VI qurultayında deyib.

Onun sözlərinə görə, hakimiyyətə gəldikdən sonra dövlətçiliyin əsaslarını bərpa etməyə çalışıb: “Ancaq tədricən başa düşdüm ki, öncəki hakimiyyət 30 il boyunca bu sütunları dağıdıb və bunları müstəqillik bəyannaməsində yazılmış müddəalardan ayırıb”.

N.Paşinyan bildirib ki, 44 günlük müharibə və nəticələri onun üçün başlıca və ən qlobal problemə çevrilib: “Bizim üçün Qarabağı danışıqlar prosesinə danışıqlar aparan tərəf kimi çəkmək önəmli idi. Ancaq məlum oldu ki, bu, artıq Ermənistanın nəzarətində deyil, çünki biz başqa yerlərdə qəbul edilən qərarları sakitcə yerinə yetiririk”.

Ermənistanın Baş naziri öz silahdaşlarını cəsarətli olmağa çağırıb və etiraf edib ki, Ermənistanın dağılan dünya düzəni şəraitində dövləti və dövlətçiliyi qorumaq üçün yeni strategiya, yeni baxışa ehtiyacı var.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın