“Ermənistan Respublikasının başqa ölkələrin ərazilərini ələ keçirmək planları yoxdur”. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan bölgədə təhlükəsizlik mühiti yaratmağın vacibliyindən danışarkən səsləndirib.

Paşinyan bildirib ki, Ermənistan silahlı qüvvələrini təcavüz üçün deyil, yad təsirlərdən qorunmaq üçün inkişaf etdirəcək və orduda islahatlar keçirəcək:

“Ermənistanın xarici əraziləri ələ keçirmək planı yoxdur. Ermənistan və region üçün sülh dövrünün başlanması gündəmdir” – deyə Paşinyan vurğulayıb.

Paşinyan bunu düşmənçilik atmosferini aşmaqda, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağla bağlı danışıqları bərpa etməkdə, bölgədə kommunikasiyaları blokdan çıxarmaqda gördüyünü bildirib. Onun sözlərinə görə, blokdan çıxmaq Ermənistan iqtisadiyyatının məzmun və strukturunu dəyişə və inklüziv iqtisadi artımı təmin edə bilər.

Baş nazir gələn ilin büdcə layihəsində hərbi xərclərin 11 faiz artırıldığını və təxminən 725 milyon dollar olacağını da vurğulayıb.

MƏNBƏAxar.az
Öncəki xəbərİlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə oldu
Sonrakı xəbərİ.Əliyev Qubadlıda DSX-nin yeni hərbi hissə kompleksinin açılışında oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın