Nigeriyada Abuci-Kaduna reysi ilə hərəkət edən qatar terrorçular tərəfindən partladılıb. Nəticədə vaqonlar relslərdən çıxıb. Bundan sonra terrorçular qatarı güllə yağışına tutublar.

YALAN.info bildirir ki, ilkin məlumatlara görə, hücum “Boko Haram” terrorçuları tərəfindən həyata keçirilib. Onlar vaqonlarda oturacaqların altına partlayıcı qurğu yerləşdiriblər.

Qatarda toplam 1000-ə yaxın sərnişin olub. Ölənlərin və yaralananların dəqiq sayı açıqlanmayıb. Bəzi sərnişinlər isə girov götürülüblər.

Bu, son iki gündə ölkədə baş verən ikinci terror aktıdır. Bundan öncə Kaduna hava limanına hücum edilib.

Öncəki xəbərXocalı rayonunun Fərrux kəndində insan qalıqları aşkarlandı
Sonrakı xəbərYücel Karauz: Bakını təhdid edən rus deputat ikinci Jirinovski olmaq istəyir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın