Nigeriyanın ən böyük şəhəri Laqosun İkoye rayonunda bazar ertəsi 21 mərtəbəli binanın uçması nəticəsində azı 7 nəfər həlak olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı yerli “PM News” xəbər portalı məlumat yayıb.

Portalın məlumatına görə, xilasedicilər artıq 7 meyiti dağıntılar altından çıxarıblar. Qeyd edilir ki, dağılmış tikililərin altında azı 50 nəfər qala bilər.

Hələlik tikinti mərhələsində olan binanın dağıntıları altından sağ qalanlar çıxarılmayıb. Bundan öncə xilasedicilər olay yerinə yaxın olan bir neçə nəfəri təxliyə ediblər. Onların bir neçəsi ağır xəsarətlər alıb.

Qeyd edilir ki, indi şəhər polisinin rəhbəri olay yerindədir. Ərazidə xilasetmə qrupları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları işləyir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın